“Qəbələ” Ukraynaya yollanır
13 iyun 2011 13:22 (UTC +04:00)

“Qəbələ” Ukraynaya yollanır

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası beynəlxalq “Obolon-2011” turnirində iştirak etmək məqsədilə iyunun 26-da Ukraynaya yola düşəcək. Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 1-dək davam edəcək turnirə Ali Yavaşın başçılığı altında 25 nəfər gedəcək.

Kiyevdə baş tutacaq birincilik 4 yaş qrupu üzrə keçiriləcək. Turnirdə U-13-lə yanaşı, Ukrayna, Belarus, Gürcüstan, Moldova, Latviya, Litva, Polşa, Rusiya, Estoniya və Özbəkistan kimi ölkələri təmsil edəcək U-11, U-10 və U-9 komandaları da mübarizə aparacaq. “Qəbələ”nin qüvvəsini sınayacağı U-13 yaş qrupunda Ukraynadan 7, Moldovadan 2, Rusiyadan 1 və Belarusdan 1 komanda olmaqla 12 kollektiv iştirak edəcək. Matçlar “Obolon Arena”da iki 25 dəqiqədən ibarət hissə şəklində oynanacaq. Yalnız final qarşılaşması hər taym 30 dəqiqə olmaqla keçiriləcək. “Qəbələ” Ukraynaya aşağıdakı futbolçu heyəti ilə yola düşəcək:

Süleyman Süleymanov, Eynur Orucov, Əzəmət Ələkbərli, Sahil Zeynalov, Amin Seydiyev, Turan Manafov, Hacıağa Hacıyev, Fərid Nəbiyev, Baxşəli Baxşalıyev, Murad Qayalı, Azər İsmayılov, Qara Mehrəlizadə, Nurlan Quliyev, Qədir Bayramlı, Elvin Həsənov, Murad Məmmədxanov, Tural Əjdərli, Xəyal Əmirli.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar