Dünya Kubokunda 1 dəst medalla 2-ci yer
Estoniyanın paytaxtı Tallində kişilər arasında cüdo üzrə Dünya Kuboku keçirilib. Lent.az-ın məlumatına görə, turnirdə iştirak edən Azərbaycan yığması bir dəst medal qazanıb.
İlk yarış günündə İlqar Müşkiyev (60 kq) qızıl, Nicat Şıxəlizadə (60 kq) bürünc medala layiq görülüb, Tərlan Kərimov (66 kq) 5-ci yeri tutub. Ertəsi gün isə Ramin Qurbanov (90 kq) gümüş medala sahib çıxıb.
Qurbanov polşalı Viktor Tvorjidlo, ukraynalı Kuedjau Nhebali, estoniyalı Qriqori Minaskin və slovakiyalı Milan Randlı yendikdən sonra finala yüksəlib. Həlledici görüşdə onun qarşısını italiyalı Roberto Meloni kəsib. Sain Məmmədov (100 kq) və Emil Tahirov (+100 kq) ilk, Timur Əlixanov (90 kq) ikinci görüşündə uduzaraq, mübarizəni dayandırıb.
Ümumi hesabda Azərbaycan 2 qızıl, 2 bürünc medal və bir 5-ci yer əldə edən İtaliyadan sonra 2-ci yeri tutub. Dünya Kubokunda 33 ölkə mübarizə aparıb.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19