Azərbaycanlı mütəxəssis Qazaxıstan klubundan istefa verdi
Lent.az-ın məlumatına görə, azərbaycanlı mütəxəssis Qazaxıstan çempionatının 15-ci turunda evdə “Tobol”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra belə qərar verib.
43 yaşlı baş məşqçi bildirib ki, hələ 14-cü turda “Astana”ya 2:3 hesablı məğlubiyyətdən sonra Atırau vilayətinin rəhbərliyi ilə söhbəti olub. Həmin vaxt Məmmədov komandanı tərk etmək istədiyini bildirib: “İndi isə mən idman ictimaiyyətinə qərarımı açıqlamaq istəyirəm. Bu, sonuncu oyunum idi. Mən postumdan gedirəm”.
Həmin vaxt mətbuat konfransında iştirak edən futbol azarkeşlərindən biri isə deyib: “Sən kişi kimi hərəkət edirsən”.
Atırau vilayəti və eyniadlı klub rəhbərliyinin istefaya reaksiyası hələlik məlum deyil.
Qeyd edək ki, Ramiz Məmmədov “Atırau”ya yanvarda baş məşqçi təyin olunub. Məmmədovun rəhbərliyi altında bu komanda 15 oyundan 15 xal toplayaraq, 9-cu pillədə qərarlaşıb.

512