Qus Hiddink: “Heç bir klubla görüşməmişəm”
Lent.az-ın məlumatına görə, hollandiyalı mütəxəssis “De Telegraaf”da qələmə aldığı köşə yazısında heç bir klubla görüşmədiyini bəyan edib. “Son günlər haqqımda çox şeylər yazılıb-cızılıb. Mən bunların heç birinə cavab vermək istəmirəm. Yalnız bunu söyləmək istəyirəm: Həftələrdir heç bir klubla hər hansı görüşüm olmayıb” yazan Hiddink İngiltərənin “Çelsi” klubunun sükanı arxasına keçəcəyi barədə iddialara hələlik son nöqtə qoyub.
Daha sonra 65 yaşlı mütəxəssis Türkiyə yığması barədə qeydlər edib: “Düzünü demək lazımdır. Belçika ilə oyundan yaxşı nəticə ilə qurtulduq. Rəqibin qaçırdığı penalti bizim üçün böyük bir şans oldu. Səfərdə nail olduğumuz 1:1 hesablı heç-heçə 2012-ci il Avropa çempionatına qatılmaq üçün ipləri bizim əlimizə verdi. Artıq bundan sonra hər şey bizdən asılıdır. Aldığımız bu sonuc bizi böyük ölçüdə rahatlatdı”.
Seçmə qrup mərhələsində cəmi 4 oyunlarının qaldığını xatırladan Hiddink 2-ci pillə uğrunda mübarizədə Türkiyəyə Belçikanı əsas rəqib görür: “Qazaxıstan, Almaniya və Azərbaycanla evdə oynayacağıq. Yalnız Avstriya ilə səfərdə qarşılaşacağıq. Belə görünür ki, qrup ikinciliyi üçün yeganə rəqibimiz Belçika olacaq. Onlar çox yaxşı komanda qurublar. Amma Belçikaya yenilməməyimiz bizi qrup ikinciliyi baxımından daha şanslı duruma gətirdi. Qalan matçlarda biz də bunu göstərməliyik. Hər hansı şanssızlıq olmasa, Türkiyə qrup ikincisi kimi mübarizəni davam etdirəcək”.
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə yığması hazırda 6 oyundan 10 xalla 3-cü pillədədir. Hərəyə 7 oyun keçirən ilk 2 pillədəki komandalardan Almaniya 21 xalla 1-ci, Belçika 11 xalla 2-cidir. Bu baxımdan, bir oyun az keçirən “ay-ulduzlular”ın ikinci pilləyə yüksəlmək şansları böyükdür.

547