Dünya Kubokunun ilk günündə 1 qızıl, 1 bürünc medal - YENİLƏNİB
Lent.az-ın məlumatına görə, yarışın ilk günündə 7 çəki dərəcəsindən 3-də görüşlər keçirilib. Azərbaycan təmsilçilərindən İlqar Müşkiyev (60 kq) qızıl, Nicat Şıxəlizadə (60 kq) bürünc medal qazanıb, Tərlan Kərimov (66 kq) isə 5-ci yeri tutub.
Müşkiyev ilk görüşündə erməni əsilli ukraynalı Gevorq Xaçatryanı, ardından isveçli Aleksandr Lundkvisti yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda isə o, finlandiyalı Yuho Reynvallı üstələyib. Həlledici qarşılaşmada cüdoçumuzun rəqibi latviyalı Andrey Mager olub. Bu dəfə də təmsilçimiz qələbə qazanıb və Dünya Kubokunun qızıl medalına yiyələnib.
Müşkiyevlə eyni çəkidə yarışan digər cüdoçularımızdan Şıxəlizadə də turnirə qələbə ilə başlayıb. O, böyük britaniyalı Qreqq Vareyi yenib. Lakin cüdoçumuz növbəti qarşılaşmada finlandiyalı Valtteri Yokinenə uduzub. Bununla da bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılan Şıxəlizadə əvvəlcə isveçli Olle Sundströmü məğlub edib. Sonra isə cüdoçumuz Müşkiyevin yarımfinalda yendiyi Reynvala qalib gələrək, bürünc medala sahib çıxıb.
Kərimova gəldikdə, o, çexiyalı David Dubski, ukraynalı Sergey Pliyev və finlandiyalı Niko Tapio Niemalanı udduqdan sonra yarımfinala çıxıb. Lakin final yolunda cüdoçumuzun qarşısını rusiyalı Maksim Kuznetsov kəsib. Təmsilçimiz bürünc medal uğrunda son sınağında isə ukraynalı Sergey Drebota uduzaraq, 5-ci yerlə kifayətlənib.
Digər cüdoçularımızdan Asim Xələfov (60 kq) və Rüstəm Orucov (66 kq) ilk görüşündə uduzaraq mübarizəni dayandırıblar. 73 kq çəkidəki təmsilçilərimizdən Eldar Qasımov birinci, Elmar Qasımov və Nadir Babayev isə ikinci görüşündə yenilərək, mükafatsız qalıblar.
İyunun 12-də daha 4 cüdoçumuz – Ramin Qurbanov, Timur Əlixanov (hər ikisi 90 kq), Sain Məmmədov (100 kq) və Emil Tahirov (+100 kq) tatamiyə çıxacaqlar.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19