“Atları yəhərləyin”
10 iyun 2011 18:54 (UTC +04:00)

“Atları yəhərləyin”

İyunun 11-də Binə Atçılıq Mərkəzində növbəti cıdır yarışları keçiriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Lent.az-a verilən məlumata görə, 4-cü Cıdır Günündə ümumilikdə 22 jokey və 48 at iştirak edəcək.

İlk olaraq mübarizəyə 2 yaşlı Qarabağ və Dilboz Atları qoşulacaqlar. Daha sonra 3 yaşlı Axaltəkin atları yarışacaqlar. Hər iki cıdırda çaparlar 1000 metr məsafəni qət edəcəklər. Ardınca iştirakçılar 4 və ondan yuxarı yaşlı Qarabağ və Dilboz atlarında 1400 metr məsafəyə yarışda qüvvələrini sınayacaqlar. 3 yaşdan yuxarı Ərəb atları, 4 yaşdan yuxarı İngilis atları və 3 yaşlı İngilis atları isə 1600 metr məsafəyə yarışlarda liderlik uğrunda mübarizə aparacaqlar. Turnirdə birinci yeri tutan idmançılar ARAF-ın pul mükafatlarına layiq görüləcəklər.

Qeyd edək ki, cıdır yarışı iyunun 11-i saat 15:00-da start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118

Oxşar yazılar