“Adamiyanın yığmadan kənarlaşdırılması mənə də maraqlıdır”
“Georgi Adamiyanın Gürcüstan yığmasına çağırılmasına baxmayaraq, Xorvatiya ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçına aparılmaması mənə də maraqlıdır”. Bu sözləri Lent.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü, Gürcüstan Futbol Federasiyasının (GFF) sponsoru olan “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov deyib.
M.Məmmədov bildirib ki, həm GFF-in prezidenti Zviad Siçinava, həm də Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya ilə münasibətləri yaxşıdır. Lakin o, indiyədək Siçinava və Ketsbaya ilə bu mövzuda söhbət aparmayıb. Bununla belə, sponsor şirkətin rəsmisi Unibank Premyer Liqasında ən məhsuldar oyunçu sayılan “Qarabağ”ın hücumçusunun Xorvatiyaya aparılmamasının səbəbi ilə maraqlanacağına söz verib: “Mən onlarla bir azarkeş kimi söhbət edəcək və Adamiyanın niyə yığmadan kənarda qalmasının səbəbini öyrənməyə çalışacağam”.
Qeyd edək ki, Georgi Adamiya iyunun 4-də Xorvatiya ilə keçirilmiş görüş üçün Gürcüstan yığmasının 30 nəfərlik heyətinə dəvət edilib. Lakin bir neçə günlük hazırlıq prosesindən sonra baş məşqçi Temuri Ketsbaya onu və daha 7 futbolçunu Zaqrebə aparmamağı qərara alıb.
Elşən MƏMMƏDOV

598