Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlandı
İyulun 15-də Çinin Ninqbo şəhərində start götürəcək şahmat üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovun Lent.az-a verdiyi məlumata görə, 12 gün davam edəcək nüfuzlu yarışda ölkəmizi 4 əsas, 1 ehtiyat idmançı təmsil edəcək.
Əsas şahmatçılar arasında ilyarımlıq fasilədən sonra Vüqar Həşimov da yer alacaq. O, 2-ci lövhədə çıxış edəcək. Baş məşqçi Vladimir Tukmakov əsas lövhədə Şəhriyar Məmmədyarovu sınaqdan çıxaracaq. 3-cü lövhədə Teymur Rəcəbov, 4-cü lövhədə Rauf Məmmədov çıxış edəcək. Ehtiyat şahmatçı qismində isə Çinə Qədir Hüseynov aparılacaq.
Məmmədov bildirib ki, Həşimov demək olar ki, dünya çempionatı günlərində - 18 – 29 iyulda İsveçrənin Bill şəhərində təşkil olunacaq turnirdə çıxış etməli imiş. Lakin AŞF rəhbərliyi danışıqlar apararaq, təşkilatçılardan sifariş ərizəsini təqdim etmək üçün 9 gün əlavə vaxt icazəsi alıb. Nəticədə həm şahmatçının özü, həm də Bill turnirinin təşkilatçıları razılıq veriblər.
AŞF rəsmisi Həşimovun yığmaya qayıtmasını belə şərh edib: “Milli komandada çıxış etmək və Vüqar Həşimov, həm də digər şahmatçılarımız üçün böyük fərəh, qürurdur. Yığmada çıxış edirsənsə, qalan məsələləri özündən kənarlaşdırmaq lazımdır. Azərbaycan şahmat yığması yeganə komandadır ki, daim yüksək yerlər uğrunda mübarizə aparır. Çində keçiriləcək dünya çempionatında da millimizin qarşısına yalnız birinci yeri tutmaq vəzifəsi qoyulub”.
Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatına Avropanın ən güclüsü kimi qatılacaq. Digər ölkələrə gəldikdə, Çin təşkilatçı, Rusiya 2009-cu il dünya çempionatının qalibi, Ukrayna, İsrail, Macarıstan 2010-cu il olimpiadasının mükafatçıları, Hindistan Asiyanın, ABŞ Amerikanın, Misir Afrikanın ən güclüləri, Ermənistan isə FİDE prezidenti Kirsan İllümjinovun namizədi kimi iştirak edəcək.

550