
Dünya tennisinin ulduzları Bakıya gəlir – SİYAHI
Lent.az-ın məlumatına görə, əsas səbətə düşəcək 24 iştirakçı arasında bir sıra məşhur tennisçilər də var. Onlardan Qadın Tennisçilər Assosiasiyasının (WTA) reytinq siyahısında 3-cü pillədə olan Vera Zvonaryovanın Bakıya gələcəyi çoxdan məlum idi. Bu günlərdə isə Zvonaryovanın son siyahıda 14-cü pillədə olan həmyerlisi Anastasiya Pavlyuçenkovanın da turnirə qatılacağı müəyyənləşib. Digər iştirakçılar isə bunlardır:
29. Yekaterina Makarova (Rusiya)
38. Lüsi Səfərova (Çexiya)
39. Yelena Vesnina (Rusiya)
46. Qreta Arn (Macarıstan)
47. Monika Nikulesku (Rumıniya)
51. Lino Dominges (İspaniya)
52. Aravan Rezai (Fransa)
55. Boyana Yovanovski (Serbiya)
56. Yelena Dokiç (Avstraliya)
57. Alberta Brianti (İtaliya)
58. Sanya Mirzə (Hindistan)
62. Kimiko Date-Krumm (Yaponiya)
74. Yelena Baltaça (Böyük Britaniya)
81. Yevgeniya Rodina (Rusiya)
91. Ksenya Pervak (Rusiya)
95. Vesna Dolonts (Rusiya)
103. Andrea Qlavaçkova (Çexiya)
106. Arantxa Parra Santonxa (İspaniya)
108. Anastasiya Yakimova (Belarus)
113. Patrisia Mayr-Axlaytner (Avstriya)
114. Alyona Bondarenko (Ukrayna)
115. Yaroslava Şvedova (Qazaxıstan)
Yarışda iştirakını təsdiqləyən digər tennisçilər isə Gürcüstan, Yunanıstan, ABŞ, Hollandiya, Slovakiya, Sloveniya, Polşa, Bosniya və Herseqovina, Litva, Özbəkistan, Almaniya və s. ölkələri təmsil edirlər. Turnirin startınadək bu siyahıdan çıxan və əlavə edilən idmançıların olacağı istisna deyil. Azərbaycanı isə güzəştli kartla Kamilla Fərhad təmsil edəcək.
Qeyd edək ki, 220 min dollar mükafat fonduna malik turnir iyulun 24-dək davam edəcək. Görüşlər Bakı Tennis Akademiyasındakı kortlarda təşkil olunacaq.
Elşən MƏMMƏDOV
29. Yekaterina Makarova (Rusiya)
38. Lüsi Səfərova (Çexiya)
39. Yelena Vesnina (Rusiya)
46. Qreta Arn (Macarıstan)
47. Monika Nikulesku (Rumıniya)
51. Lino Dominges (İspaniya)
52. Aravan Rezai (Fransa)
55. Boyana Yovanovski (Serbiya)
56. Yelena Dokiç (Avstraliya)
57. Alberta Brianti (İtaliya)
58. Sanya Mirzə (Hindistan)
62. Kimiko Date-Krumm (Yaponiya)
74. Yelena Baltaça (Böyük Britaniya)
81. Yevgeniya Rodina (Rusiya)
91. Ksenya Pervak (Rusiya)
95. Vesna Dolonts (Rusiya)
103. Andrea Qlavaçkova (Çexiya)
106. Arantxa Parra Santonxa (İspaniya)
108. Anastasiya Yakimova (Belarus)
113. Patrisia Mayr-Axlaytner (Avstriya)
114. Alyona Bondarenko (Ukrayna)
115. Yaroslava Şvedova (Qazaxıstan)
Yarışda iştirakını təsdiqləyən digər tennisçilər isə Gürcüstan, Yunanıstan, ABŞ, Hollandiya, Slovakiya, Sloveniya, Polşa, Bosniya və Herseqovina, Litva, Özbəkistan, Almaniya və s. ölkələri təmsil edirlər. Turnirin startınadək bu siyahıdan çıxan və əlavə edilən idmançıların olacağı istisna deyil. Azərbaycanı isə güzəştli kartla Kamilla Fərhad təmsil edəcək.
Qeyd edək ki, 220 min dollar mükafat fonduna malik turnir iyulun 24-dək davam edəcək. Görüşlər Bakı Tennis Akademiyasındakı kortlarda təşkil olunacaq.
Elşən MƏMMƏDOV
Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19