Vaqif Cavadov üçün “Tvente”də yeni şans
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Mişel Pryudomm postunu tərk etməyə hazırlaşır. Lent.az-ın “Telegraaf”a istinadən verdiyi məlumata görə, 52 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şabab”ın təklifini qəbul edəcək.
Belçikalı mütəxəssis üçün “Əl-Şabab” “Tvente”yə 1,2 milyon avro kompensasiya ödəyəcək.
Qeyd edək ki, Mişel Pryudomm “Tvente”yə ötən yay baş məşqçi təyin olunub. O, komandaya gələn kimi Vaqif Cavadova özünə yeni klub tapmağı tövsiyə edib. Nəticədə Cavadov bir il müddətinə “Bakı”ya icarəyə verilib. Lakin Azərbaycan klubunda da futbolçu uğurla çıxış edə bilməyib. Pryudomm isə “Tvente”yə Hollandiya Kubokunu və ölkə çempionatının gümüş medalını qazandırıb. Belçikalı mütəxəssis yenisi ilə əvəzləndikdən sonra Cavadovun komandadakı taleyi maraq doğurur.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19