London olimpiadasının məşəli təqdim olundu – FOTO
Lent.az-ın məlumatına görə, məşəl qızıl suyuna salınmış, piramida formalı, 3 künclü və çoxsaylı deşikli olacaq. Məqsəd Britaniya şəhərlərində olimpiya məşəli estafetini qarşılayacaq hər kəsin onu görməsindən ibarətdir. Məşəlin alüminiumdan hazırlanması onun ən kiçik estafet iştirakçıları üçün yüngül olmasını şərtləndirəcək. Məşəlin çəkisinin azaldılması üçün səthində 8000 deşik açılıb. Bu, həm də estafet iştirakçılarının sayını və məşəlin Britaniya ərazisindən keçəcəyi hissənin uzunluğunu göstərir. Məşəlin 3 küncə malik olması isə Londonun 1908 və 1948-ci illərdən sonra üçüncü dəfə Yay Olimpiya Oyunlarını qəbul edəcəyini göstərir.
İngiltərənin Koventri qraflığında 8 min məşəl hazırlanacaq. Prototipin sınağı yaxın vaxtlarda Almaniyanın Münhen şəhərində “BMW” avtokonserninin mütəxəssisləri tərəfindən aparılacaq. Məşəl aşağı və yüksək temperaturla küləyə duruş gətirə biləcək. O, Yunanıstandan İngiltərəyə 2012-ci il mayın 18-də çatdırılacaq. Ardından məşəl bütün ölkəni dolaşdıqdan sonra iyunun 27-də London olimpiya stadionuna çatacaq. 74 gün ərzində estafet ölkənin 74 yaşayış məntəqəsindən keçəcək.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19