Aleksandr Çertoqanov rəsmən “Qəbələ”də!
Bu haqda Lent.az-a 31 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Çertoqanovun sözlərinə görə, az öncə imnzalanan müqavilə 2 il müddətinə nəzərdə tutulub. Yığmamızın yarımmüdafiəçisi “İnter”dən dostcasına ayrıldığını söyləyib: “Bu komandada çıxış etdiyim iki il ərzində karyeram uğurlu alındı. Azərbaycan çempionluğunu və “Birlik Kuboku”nu qazandım. Bundan sonra “Qəbələ”dən təklif aldım və özümü bölgə komandasında sınamaq istədim. “İnter” rəhbərliyinə mənə daim dəstək olduqları üçün minnətdarlıq edib “Qəbələ” ilə müqavilə bağladım. Yeni klubumda da futbolçuların məşq və məişət şəraiti yüksək səviyyədədir. Qəbələdə gözəl meydançalar salınıb, komandanın qarşısına yüksək hədəflər qoyulub. Mən də iddialı klubda çıxış etmək və Azərbaycan millisinə fayda vermək istədiyimdən, təklifi məmnuniyyətlə qəbul etdim. Nəticədə klubla 2 illik rəsmi müqavilə bağladım”.
Qeyd edək ki, “Qəbələ” 2004-cü ildən ölkəmizdə çıxış edən ukraynalı oyunçunun karyerasında ilk region komandası olacaq. Təcrübəli futbolçu daha öncə “Bakı” və “Neftçi”də də çıxış edib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19