Mübariz Mənsimov Azərbaycan Kubokunun final matçı üçün Bakıya gələcək
Mayın 24-də keçiriləcək NBC Bank Azərbaycan Kubokunun final matçı öncəsi “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Mirca Rednik və komandanın kapitanı və qapıçısı Kamran Ağayev birgə mətbuat konfransı keçiriblər. Lent.az-ın verdii məlumata görə, Mirca Rednik deyib ki, kubok haqqında danışdığını, çempionluqla bağlı söz verdiyini xatırladıb.
Zədəli oyunçularının olmadığını bildirən baş məşqçi qeyd edib ki, Azərbaycan Kubokunun final matçı vacib oyundur: “İnter”lə oyuna yaxşı hazırlaşmışıq. “İnter”in heyətində ucaboylu oyunçular var. Biz penaltiyə də hazırıq. Uduzsaq, komanda və oyunçular üçün biabırçılıq olacaq”.
O, 5 oyunluq cəzasının ləğv edilməsini də normal qərar sayıb: “Təhlükəli hərəkət yoxdur”. Mirca Rednik “Neftçi” komandasına qarşı tək oynadıqlarını vurğulayıb: “Gedişimdən sonra kimlərsə sevinəcək. Amma mən getməyəcəm. Çünki kuboku götürücəyimizə əminəm”.
Kamran Ağayev isə qeyd edib ki, məşqçi böyük qüvvədir: “Finalda məşqçi olmalıdır. Əsas məsələ odur ki, səhv davamlı olmasın”.
Qeyd edək ki, mətbuat konfransında “Xəzər-Lənkəran” klubunun prezidenti Mübariz Mənsimovun qonaqları ilə birlikdə final matçını izləməyə gələcəyi bildirilib. Ancaq qonaqların kim olduğu açıqlanmayıb.
Elşən Məmmədov

Oxşar yazılar

Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56