Dünya çempionatının püşk səbətləri müəyyənləşdi
17 noyabr 2009 10:15 (UTC +04:00)

Dünya çempionatının püşk səbətləri müəyyənləşdi

Qruplara Avropanın 6 ölkəsi ilə yanaşı, Braziliya ilə Argentina da başçılıq edəcək
Futbol üzrə 2010-cu il dünya çempionatının final mərhələsinin püşkü zamanı 32 iştirakçı komandanın 4 səbətə bölünmə qaydası müəyyənləşib. Lent.az-ın “Marca” nəşrinə istinadən verdiyi məlumata görə, səbətlər coğrafi əlamətlər əsasında formalaşacaq.

Yəni, Avropanı təmsil edən yığmalar ilk 2 səbətə bölüşdürüləcək. 1-ci səbətə “köhnə qitə”nin 14 ölkəsi ilə yanaşı, Braziliya və Argentina da daxil edilib. 3-cü səbətdə Afrikanın və Cənubi Amerikanın qalan təmsilçiləri yer alacaq. 4-cü səbətdə isə Asiya, Şimali Amerika, Avstraliya və Okeaniya komandaları qərarlaşacaq. Səbətlərin hər birindən bir ölkənin adı çıxarılmaqla, 8 qrup formalaşdırılacaq.

Səbətlərin yekun tərkibi noyabrın 20-də FİFA-nın yeni reytinq cədvəli açıqlandıqdan sonra məlum olacaq. Püşkatma mərasimi isə dekabrın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində baş tutacaq.

1-ci səbət: CAR, Braziliya, İspaniya, İtaliya, Almaniya, Argentina, İngiltərə, Fransa - İrlandiya cütünün qalibi.

2-ci səbət: Hollandiya, Portuqaliya - Bosniya və Herseqovina cütünün qalibi, Rusiya – Sloveniya cütünün qalibi, İsveçrə, Yunanıstan – Ukrayna cütünün qalibi, Serbiya, Danimarka, Slovakiya.

3-cü səbət: Fildişi Sahili, Qana, Kamerun, Nigeriya, Misir – Əlcəzair cütünün qalibi, Paraqvay, Çili, Uruqvay - Kosta-Rika cütünün qalibi.

4-cü səbət: Yaponiya, Cənubi Koreya, KXDR, Avstraliya, Yeni Zelandiya, ABŞ, Meksika, Honduras.
Qeyd edək ki, dünya çempionatının bütün iştirakçıları noyabrın 18-də keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra müəyyənləşəcək. İlk oyunlarda bu nəticələr qeydə alınıb:
İrlandiya – Fransa – 0:1
Portuqaliya – Bosniya və Herseqovina – 1:0
Rusiya – Sloveniya – 2:1
Yunanıstan – Ukrayna – 0:0
Misir – Əlcəzair – 2:0
Kosta-Rika - Uruqvay – 0:1.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar