AFFA-dan yenilik: 8+3
14 avqust 2009 10:15 (UTC +04:00)

AFFA-dan yenilik: 8+3

AFFA İcraiyyə Komitəsi Azərbaycan çempionatında çıxış edən legionerlərə yenidən limit tətbiq edib. Lent.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında 2010-2011-ci il mövsümündən etibarən komandaların start heyətində meydançaya 8 əcnəbi və 3 yerli futbolçu çıxa bilər.

Ümumiyyətlə, bugünkü iclasda 9 qərar qəbul olunub:

1. 15 yaşadək (1995-96-cı il təvəllüdlü) futbolçulardan ibarət komandalar arasında ölkə çempionatı keçirilsin, bu məqsədlə AFFA-nın U-15 liqası yaradılsın və I, II, III yeri tutan komandalar üçün mükafat fondu təsis edilsin.
2. 13 yaşadək (1997-98-ci il təvəllüdlü) futbolçulardan ibarət komandalar arasında ölkə çempionatı keçirilsin, bu məqsədlə AFFA-nın U-13 liqası yaradılsın və I, II, III yeri tutan komandalar üçün mükafat fondu təsis edilsin.
4. AFFA-nın tələbə liqası yaradılsın.
5. Legioner limiti 2010-2011-ci il mövsümündən başlayaraq 8 (legioner futbolçu) + 3 (yerli futbolçu) sistemi ilə tətbiq olunsun.
6. 2010-2011-ci il mövsümündən başlayaraq I divizionda I yeri tutan komanda 100 min, II yeri tutan komanda 70 min manat məbləğində mükafatlandırılsın.
7. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elxan Məmmədovun UEFA-nın və AFFA-nın daxili çempionatla bağlı Lisenziyalaşdırma hesabatı dinlənildi və “Standard” klubuna müvafiq sənədləri təqdim etmək üçün 10 sentyabr 2009-cu il tarixinə qədər vaxt verildi.
8. 16 yaşadək futbolçu çıxış etdiyi klubu və ya futbol məktəbini dəyişərsə, həmin uşağın məşqçisinə minimum 1000 manat məbləğində təzminat ödənilməlidir.
9. Tofiq Fətullayev və Yaşar Şəmilova AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq təqaüd verilsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227

Oxşar yazılar