Foqtsun arzusu gözündə qaldı
Millimizin vura bilmədiyi qolları Almaniya vurdu
Futbol üzrə Azərbaycan milli komandası futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib. Lent.az-ın məlumatına görə, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda 3 qat dünya və 3 qat Avropa çempionu Almaniyanı qəbul edib.
Görüş komandamızın hücumları ilə başlayıb. Millimizin hücum xətti ilk 10 dəqiqə ərzində iki dəfə “Bundestim”in müdafiə xəttinə gərgin anlar yaşadıb. Lakin futbolçularımız son anda qapıya doğru dəqiq zərbə endirə bilməyiblər. Əvəzində 12-ci dəqiqə alman yarımmüdafiəçi Bastian Şvaynştayger müdafiəçimiz Samir Abbasovdan aldığı topu uzaq məsafədən Fərhad Vəliyevin qoruduğu qapıya yönəldib – 1:0.
Qonaq komanda növbəti qolunu isə ikinci hissənin əvvəllərində vurub. Bu dəfə qapı dirəyindən dönən topu Miroslav Kloze başla qapıdan keçirib. Yığmamızın baş məşqçisi Berti Foqts oyun ərzində cəmi 1 əvəzləmədən istifadə edib. Almaniyalı mütəxəssis 74-cü dəqiqədə Vüqar Nadirovun əvəzinə Daniel Axtyamovu buraxıb. Bununla komandamızın seçmə mərhələdə ilk qol arzusunu reallaşdırmaq məqsədi güdən Foqts arzusuna çata bilməyib.
Yığmamızın hər iki cinahı aktiv təsir bağışlasa da, rəqibin cərimə meydançasına ötürülən topları tamamlayan tapılmayıb. Nəticədə 4-cü seçmə qrupda yer alan millimiz 6-cı oyununda 5-ci məğlubiyyətlə üzləşib və turnir cədvəlinin 5-ci pilləsində qalıb. Hələlik cəmi 1 heç-heçəsi olan komandamız 1 qol belə vurmadan qapısından 9 top buraxıb.
Almaniya isə 7-ci oyununda 6-cı qələbəsini qazanıb və 19 xalla liderliyini möhkəmlədib.
Yığmamız növbəti görüşünü sentyabrın 5-də Lənkəran şəhər stadionunda Finlandiya millisi ilə keçirəcək.

826