Berti Foqts xaricdə azərbaycanlı futbolçu axtarır
Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis əvvəlcə yığmamızın hazırkı təlim-məşq toplanışı barədə fikirlərini açıqlayıb.
Foqts bildirib ki, toplanışda əsas məqsəd son həftələrdə diqqətini cəlb edən gənc oyunçulara şans vermək və onların özlərini göstərmələrinə şərait yaratmaqdan ibarətdir. Bundan əlavə, o, ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların nəyə qadir olduqlarını nəzərdən keçirdiyini söyləyib: “Təkcə Azərbaycanda yox, ölkə xaricində də azərbaycanlı futbolçuların axtarışını davam etdiririk. İsveçdə birinci dəstədə çıxış edən azərbaycanlı futbolçu var. Hücuma meylli yarımmüdafiəçidir. Onunla danışıqlar aparıram. Azərbaycan millisində oynayıb-oynamamaq istədiyini soruşacağam”.
Baş məşqçinin fikrincə, toplanışa dəvət olunan futbolçulara karyeralarını inkişaf etdirmələri üçün kömək etmək lazımdır: “Hər bir futbolçu klubda və yığmada keçirilən məşqlər arasında fərqi görür. Onlar millidə beynəlxalq səviyyədə məşq edirlər. Yığmaya cəlb olunan yeni futbolçular belə hazırlıq keçməyə indi-indi öyrəşirlər”.
Yığmamız yanvarın 27-dən fevralın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində də hazırlıq prosesi keçirəcək. Foqts həmin toplanışa yeni oyunçular aparacağını açıqlayıb: “Düşünmürəm ki, bu təlim-məşq toplanışı klubların hazırlığına təsir etsin. Çünki görüşdüyüm klub məşqçiləri bununla bağlı mənə heç nə deməyiblər”.

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06