Azərbaycan ağırlıqqaldıranları London olimpiadasına 8 lisenziya hədəfləyib
17 sentyabr 2010 12:33 (UTC +04:00)

Azərbaycan ağırlıqqaldıranları London olimpiadasına 8 lisenziya hədəfləyib

Onun sözlərinə görə, artıq bu haqda Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) da rəsmən məlumatlandırılıb. İWF-ə göndərilən məktubda olimpiadada kişi atletlərimizin 69 kq çəki dərəcəsində 2, 77 kq, 85 kq, 94 kq və 105 kq çəki dərəcələrində isə hərəyə 1 lisenziya ilə təmsil olunmaq üçün mübarizə aparacaqları əksini tapıb. Qadın idmançılarımızın isə 48 kq və 75 kq çəki dərəcələrində üst-üstə 2 lisenziya uğrunda yarışacaqları qeyd olunub.

Qeyd edək ki, London olimpiadasına lisenziya xarakterli ilk yarış sentyabrın 17-dən 26-dək Türkiyənin Antalya şəhərində, növbətisi isə 2011-ci il 10 – 17 noyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatıdır. İki dünya çempionatının yekununda tutduğu yerə uyğun olaraq, ölkəmizin olimpiadada neçə ağırlıqqaldıranla təmsil olunacağı müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar