Azərbaycan idmançıları dünya çempionatında rəqib tanımır
Lent.az-ın məlumatına görə, 2 nəfərlik qayıqda çıxış edən Bezuqlıy – Prokopenko dueti 500 metr məsafəyə seçmə mərhələ yürüşündə də rəqib tanımayıb.
Startdaca liderliyə yiyələnən kanoeçi cütlüyümüzlə bir müddət Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) dueti birincilik uğrunda rəqabət aparıb. Lakin rumıniyalı rəqiblərini də 6,68 saniyə geridə qoyan təmsilçilərimiz finişə 1 dəqiqə 41 saniyə 423 mikrosaniyəyə çatıblar.
Bununla da seçmə mərhələ yürüşündə 1-ci yeri tutan Bezuqlıy –Prokopenko cütlüyü bu gün Bakı vaxtı ilə saat 18:15 və 18:20-də keçiriləcək yarımfinal yürüşlərində iştirak etmədən birbaşa əsas finala vəsiqə qazanıb. 500 metr məsafəyə həlledici yürüş avqustun 22-də Bakı vaxtı ilə saat 14:14-də baş tutacaq.
Qeyd edək ki, Sergey Bezuqlıy – Maksim Prokopenko avqustun 19-da 1000 metr məsafəyə seçmə yürüşü də 1-ci pillədə tamamlayaraq, birbaşa əsas finala çıxıb. Bu məsafəyə final yürüşü avqustun 21-də Bakı vaxtı ilə saat 14:10-da olacaq. Həmin gün Bezuqlıy – Prokopenko cütlüyü 200 metr məsafəyə seçmə və yarımfinal yürüşlərində də çıxış edəcək.

793