Sinqapur olimpiadasında oruc tutanlara jest
Sinqapurda keçirilən I Yay Olimpiya Oyunlarında oruc tutanlar üçün səhər yeməyinin vaxtında dəyişiklik edilib. Bu haqda Lent.az-a olimpiadada iştirak edən Milli Olimpiya Komitəsinin üzvü, tanınmış jurnalist Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, oruc tutanlar gecə saat 4-dən etibarən yeməklərini yeyə bilərlər. Səhər yeməyinin menyusuna İslamda haram buyurulan ərzaqlar, o cümlədən, donuz əti daxil edilməyib. İftar açanlar üçün isə axşam yeməyinin vaxtı lazımi qədər uzadılıb.
Təşkilat komitəsi Ramazan ayının qaydalarını nəzərə almasını belə izah edib: “Sinqapurda kifayət qədər müsəlman yaşayır. Ona görə də müsəlman adət-ənənələrindən xəbərdarıq”.

580