Azərbaycan idmançısı olimpiya çempionu oldu
17 avqust 2010 10:30 (UTC +04:00)

Azərbaycan idmançısı olimpiya çempionu oldu

Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı olimpiya çempionu olub.



Lent.az-ın məlumatına görə, ölkəmizin aktivinə dördüncü medalı ağırlıqqaldırma üzrə 69 kq çəki dərəcəsində çıxış edən Nicat Rəhimov yazdırıb.


Rəhimov birdən 134 kq, təkanla isə 161 kq ağırlıq qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 295 kq nəticə göstərən atletimiz olimpiya çempionu olub. O, ən yaxın izləyicilərindən Sinqbin Qonqu (Çin) 2 kq, Ediel Markes Onanı (Kuba) isə 12 kq üstələyib.


Qeyd edək ki, bu, Sinqapur olimpiadasında Azərbaycanın əldə etdiyi 4-cü qızıl medaldır. Bundan öncə çıxış etmiş daha 3 idmançımızın hamısı olimpiya çempionu adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar