Fərhad Vəliyev: “Biz “Borussiya”nı kollektiv oyun sayəsində keçə bilərik” – MÜSAHİBƏ
“İlk oyuna uduzmamaq üçün yollanacağıq”
Ağdamın “Qarabağ” futbol komandasının qapıçısı və vitse-kapitanı Fərhad Vəliyevin Lent.az-a müsahibəsi
- Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə səfərdə keçirəcəyiniz Avropa Liqasının cavab oyununa avqustun 13-dən tam heyətlə hazırlığa başlayırsınız. Qarşıdakı görüşdən nə gözləyirsiniz?
- Məşqlərimiz axşamlar olacaq. Yaxşı hazırlaşmaq və səfərdən ən azı heç-heçə ilə qayıtmaq, Bakıda isə lazımi səviyyədə çıxış edərək, Allahın köməkliyi ilə mərhələ adlamaq istəyirik.
- Qarşıdakı oyuna hazırlıq prosesi əvvəlkilərdən nə ilə fərqlənəcək?
- Biz futbolçularıq. Hazırlıq prosesinin təşkili məşqçilərimizdən asılıdır. Biz isə əlimizdən gələni edəcəyik ki, səfər matçında məğlub olmayaq.
- Yəni, ilk matça uduzmamaq üçün yollanacaqsınız?
- Əlbəttə. Biz Dortmunddan Vətənə yaxşı nəticə ilə dönmək istəyirik ki, öz azarkeşlərimizin qarşısında var gücümüzlə və doğma publikanın dəstəyi ilə çıxış edək və hədəfimizə nail olaq.
- Düşünmürsünüz ki, Almaniyadakı qarşılaşmada əsas yük arxa xətt oyunçularının, xüsusən də bir qapıçı kimi Sizin üzərinizə düşəcək?
- Təbii ki, mən də belə düşünürəm. Məndən də çox şey asılı olacaq. Eyni zamanda müdafiəçilərimizdən. Ümumilikdə isə meydançaya çıxacaq hər bir oyunçu komandanın uğuru üçün əlindən gələni əsirgəməyəcək.
- “Borussiya”nı hansı üstün keyfiyyətlər hesabına keçmək mümkündür?
- Bizim əsas üstünlüyümüz kollektiv oyun nümayiş etdirməyimizdir. “Borussiya” ilə qarşılaşmalarda da bu amildən yararlanmağa çalışacağıq. Həmişəki kimi müdafiədə və hücumda bir-birimizə kömək etməyə çalışacağıq. İnşallah, kollektiv oyun sayəsində uğur əldə etmək olar.
- Avqustun 11-də Azərbaycan yığmasının Küveytlə keçirdiyi yoldaşlıq görüşündə ehtiyatda qaldınız. Bu, Sizin üçün müsbət, yoxsa mənfi amil sayılmalıdır?
- Ehtiyatda qalmağımın oyun təcrübəmə mənfi təsir göstərdiyini düşünmürəm. Çünki Avropa Liqasının əvvəlki 3 mərhələsində ardıcıl 6 həftə ərzində 6 oyunda əsas heyətdə çıxış etmişəm.
- Millimizin baş məşqçisi Berti Foqtsun Sizə əsas qapıçı kimi şans verməməsini necə qarşılayırsınız?
- Kamran Ağayevin də oyunu lazımi səviyyədə alınır. Onun yaxşı qapıçı olduğunu düşünürəm. Ağayev hələ ki, özünü doğruldur və əsas heyətdəki yerini qoruyur.
- Hazırlıq prosesinizə Hollandiyanın “Tvente” klubunda işləri alınmayan Vaqif Cavadovun da qoşulacağından məlumatlısınız?
- Millinin düşərgəsində olarkən, Cavadovla şəxsən söhbət etmişdim. O, Küveytlə oyunun ertəsi günü Hollandiyaya yola düşəcəyini bildirdi. Həmin söhbətdən sonra Vaqifdən xəbərim yoxdur. Yəni, bizə qoşulacağını, yoxsa başqa kluba keçəcəyini bilmirəm.
- Hər halda bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Futbol+” qəzetinə müsahibəsində bildirib...
- Vallah, həmin müsahibədən xəbərim yoxdur. Nə qəzetlərə, nə də internet saytlarına baxmaq imkanım olub.
- Özünüz “Borussiya” ilə oyunlarda “Qarabağ”ın güclənməsinə ehtiyac duyursunuz?
- Əvvəlki matçlar komandamızın yaxşı oyun nümayiş etdirdiyini göstərdi. Kimi gətirib, kimi göndərmək məşqçilərin işidir. Vaqif Cavadov da gəlsə, “Qarabağ”ın gücünə əlavə güc qatar.
- Amma itkisiz də ötüşməyəcəksiniz. Avroliqadakı bombardiriniz Əfran İsmayılovun yoxluğu oyununuza necə təsir edə bilər?
- Doğrudan da Əfran Azərbaycanın ən yaxşı futbolçularından biridir. Son oyunlardakı çıxışı bunun sübutudur. Əlbəttə, İsmayılovun yoxluğu bizim üçün böyük itkidir. İnşallah, Əfranı əvəzləyəcək futbolçu onun yerini doldurmaq üçün əlindən gələni edəcək.
- “Qarabağ”a Avroliqanın “pley-off” mərhələsində Dortmund “Borussiya”sının rəqib olduğunu öyrəndikdən sonra ilk olaraq, fikrinizdən nə keçdi?
- Təbii ki, püşkatma öncəsi potensial rəqiblər arasında İngiltərənin “Liverpul” və Almaniyanın “Borussiya” komandalarının olduğunu bilirdik. Düşünürdük ki, belə güclü klublardan biri bizə rəqib ola bilər. Dortmund “Borussiya”sı Almaniyanın ən güclü klublarından biridir. Bu komandanın oyununa 70-80 min azarkeş gəlir və durmadan dəstəkləyir. “Siqnal İduna Park” kimi iritutumlu stadionları var. İnşallah, biz də öz oyunumu ortaya qoyaraq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik.
- Rəqibinizin son oyunlarının videoyazısını izləməmisiniz?
- Hələ yox. Yəqin ki, qarşıdakı günlərdə “Borussiya”nın matçlarını seyr edərək, lazımi məlumatlar toplayarıq.
- Hazırda Avropada mövsümlərarası transfer dövrüdür. “Qarabağ”ın Avropa kuboklarında uğurlu çıxışlarından sonra xarici klublardan təklif almamısınız?
- Başqalarını deyə bilmərəm. Şəxsən mənə bu aralarda hansısa ölkədən, klubdan təklif gəlməyib. Özüm hələ ki, “Qarabağ”ın şərəfini qoruyuram. Gələcəkdə hansı təklif olsa, klubumla oturub məsləhətləşdikdən sonra qərar verəcəyəm.
- Azarkeşlərə nə sözünüz var?
- Almaniyadakı oyunumuza azarkeşlərimizin gəlib-gəlməyəcəklərini bilmirəm. Avqustun 26-da Bakıda keçiriləcək cavab görüşündə isə tərəfdarlarımızı stadiona gələrək, bizə dəstək olmağa çağırıram. İnşallah, biz də öz oyunumuzla onları razı salarıq.
Elşən Məmmədov

1630