Unibank Premyer Liqası: Jaba “Bakı”nı sadəcə, biabırçılıqdan qurtardı
Futbol üzrə Unibank Premyer Liqası start götürüb.
Lent.az-ın məlumatına görə, Azərbaycan çempionatının I turunda ən gözlənilməz nəticə “Bakı”nın ötən mövsüm “Olimpik-Şüvəlan” adı altında çıxış etmiş AZAL-a məğlubiyyəti olub.
Avropa Liqasının II təsnifat mərhələsində qeyri-peşəkar addımın güdazına gedən almaniyalı baş məşqçi Vinfrid Şeferin komandasını böyük hesablı məğlubiyyətdən Jaba xilas edib. Braziliyalı hücumçu “dubl” edərək, “Bakı”nın biabırçı hesabla uduzmasına imkan verməyib – 2:3. Yeri gəlmişkən, ilk turun 3 “dubl”undan 2-si məhz bu oyuna təsadüf edib.
Avropa Liqasında “pley-off” mərhələsinə yüksələn “Qarabağ” qarşısına çempionluq və ölkə kubokunu qazanmaq məqsədini qoyan “Neftçi” üzərində qələbəni son dəqiqələrdə əldən verib – 1:1. Flaqmanın qolunu özbəkistanlı yeni transfer Bahodir Nasimov vurub. Mövsümün supertransferi Emil Mpenza gözlənilən oyunu sərgiləyə bilməyib və 55-ci dəqiqədə gənc futbolçu Cavid İmamverdiyevlə əvəzlənib.
Eyni hesablı nəticə 4 ildən sonra güclülər sırasına qoşulan “Gəncə” ilə bu mövsümdən yerli futbolçularla oynamağa üstünlük verən “Simurq” arasındakı qarşılaşmada qeydə alınıb. Unibank Premyer Liqasının daha bir debütantı MOİK isə “Muğan” üzərində əzmkar qələbə qazanıb – 3:2. İkiqat Azərbaycan çempionu “İnter” Tovuzda “Turan”ı böyük hesabla yenib – 3:0. Yeni mövsümə əcnəbi baş məşqçilər Mirça Rednik və Toni Adamsla başlayan “Xəzər Lənkəran”la “Qəbələ”nin “duel”inin taleyini bir dəqiq zərbə həll edib. Bu qolu Lənkəran komandasının albaniyalı müdafiəçisi Elvin Begiri vurub.
Ümumiyyətlə, ilk turun 6 qarşılaşmasında qapılara 18 qol vurulub ki, bu da hər oyuna 3 qol deməkdir. Mövsümün ən erkən qoluna “İnter”in hücumçusu Robertas Poşkus imza atıb. Qapılara cəmi 1 penalti təyin edilib. Lakin “Muğan”ın oyunçusu Elnur Abdullayevin vurduğu zərbəni MOİK-in qapıçısı Amiran Qventadze dəf etməyi bacarıb.
7 avqust
“Gəncə” – “Simurq” (Zaqatala) – 1:1
Sabir Allahquliyev, 82 – Baçana Tsxadadze, 71
“Bakı” – AZAL – 2:3
Jaba, 64; 77 - Qvidas Yuşka, 43; 52. Mirko Bunyevçeviç, 54
“Xəzər Lənkəran” – “Qəbələ” – 1:0
Elvin Begiri, 75
“Turan” (Tovuz) – “İnter” (Bakı) – 0:3
Robertas Poşkus, 3. Mario Souza, 7. Dmitri Kruqlov, 17
MOİK (Bakı) – “Muğan” (Salyan) – 3:2
Nuran Qurbanov, 34. Anar Qasımov, 68; 83 – Əkrəm Hodziç, 62. Dan Pisla, 64
“Neftçi” – “Qarabağ” – 1:1
Bahodir Nasimov, 88 – Rəşad Sadiqov, 80.

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22