Dünya çempionatında daha bir tarixi nəticə
Çexiyanın Raçitse şəhərində 18 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatına yekun vurulub.
Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası 39 ölkənin qatıldığı nüfuzlu yarışı tarixi nəticə ilə başa vurub. Ölkəmizi təmsil edən Toni Boteva və Radoslav Drenovski - Aleksandr Qlotov dueti əsas finalda iştirak edib. Onlardan Drenovski – Qlotov cütlüyü bürünc medal qazanıb.
Həm oğlanlar arasında 2 nəfərlik sükansız (təkavarlı) qayıqla (JM2-), həm də qızlar arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə avarçəkənlərimiz seçmə mərhələdə 2-ci yeri tutaraq, birbaşa yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Drenovski - Qlotov dueti 1-ci, Boteva isə 3-cü yeri tutaraq, əsas finala yüksəlib. Əsas finalda azərbaycanlı cütlük 6 dəqiqə 56,06 saniyə nəticə ilə 3-cü olmağı bacarıb. İlk 2 pillə isə Yunanıstan və Almaniya təmsilçilərinə qismət olub. 8 dəqiqə 11,57 saniyə göstəriciyə malik Boteva isə Almaniya, Rumıniya, Yunanıstan, Hollandiya və Latviya idmançıları ilə mübarizədə 6-cı yeri tutub. Qızlar arasında 1 nəfərlik qayıqla yürüşə 20 qayıq, oğlanlar arasında 2 nəfərlik sükansız (təkavarlı) qayıqla yürüşə isə 18 qayıq qatılıb.
Qeyd edək ki, 22 – 25 iyulda Belarusun Brest şəhərində təşkil olunmuş 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Aleksandr Aleksandrov və Cavid Əfəndiyev – İqor Xmara dueti də finala yüksəlib. Yekun nəticədə Aleksandrov gümüş medal qazanıb, Əfəndiyev – Xmara cütlüyü 6-cı olub.

518