AFFA hüquq-mühafizə orqanlarına müraciət etdi
“Qarabağ” – “Visla” oyununa biletlər dəyərindən bir neçə dəfə baha satılır
AFFA rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. Lent.az-ın məlumatına görə, buna “Qarabağ”ın Polşanın “Visla” klubu ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa biletləri bir qrup şəxsin həqiqi dəyərindən bir neçə dəfə baha satması səbəb olub.
Bəzi məlumatlara əsasən, dəyəri 1 manat olan biletlər “qara bazar”da 5 manata satılır. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Visla” matçı saat 21:00-da başlanacaq.
Qeyd edək ki, artıq AFFA Azərbaycan milli komandasının oyunlarına bilet satışını yeni sistem əsasında həyata keçirməyə başlayıb. Avqustun 11-də keçiriləcək Azərbaycan – Küveyt oyununa biletlər yeni sistemə uyğun olaraq satışa çıxarılıb.

540