Unibank Premyer Liqasında ilk turun proqramı açıqlandı
04 avqust 2010 11:15 (UTC +04:00)

Unibank Premyer Liqasında ilk turun proqramı açıqlandı

Futbol üzrə Unibank Premyer Liqasında 2010-2011-ci il mövsümünün I turunun oyunlarının başlama saatı və yeri açıqlanıb.



Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk turda 6 qarşılaşmadan 3-ü süni işıqlandırma şəraitində keçiriləcək.


Tura avqustun 7-də Gəncə şəhər stadionunda saat 18:00-da təşkil olunacaq “Gəncə” – “Simurq” matçı ilə start veriləcək. Saat 20:00-da Lənkəran şəhər mərkəzi stadionunda “Xəzər Lənkəran” “Qəbələ”ni, Tofiq Bəhramov adına Respublika stadionunda isə “Bakı” AZAL-ı qəbul edəcək.


Ertəsi gün saat 18:00-da iki oyunun start fiti çalınacaq. Tovuz şəhər stadionunda “Turan” “İnter”i, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda MOİK “Muğan”ı sınağa çəkəcək. Saat 21:00-da isə “Neftçi” mərkəzi arenada “Qarabağ”la üz-üzə gələcək.
# 459

Oxşar yazılar