Baş məşqçini tikintidə 14 saat işlədəcəklər
Futbol üzrə Koreya Xalq Demokratik Respublikasının (KXDR) milli komandasının baş məşqçisi Kim Çon Xon 14 saatlıq islah işlərinə məhkum edilib.
Lent.az-ın “Çoson ilbo” nəşrinə istinadən verdiyi məlumata görə, buna yığmanın dünya çempionatında uğursuz çıxışı səbəb olub.
Kim Çon Xon Şimali Koreya lideri Kim Çen İrin oğullarından birinin etimadını doğrultmadığı üçün günahkar sayılıb. Qərarı kimin qəbul etdiyi məlum deyil. Məşqçi 14 saatlıq islah işlərini tikintidə yerinə yetirməlidir. Onun harada və nə vaxt işləyəcəyi açıqlanmır.
Ötən həftə KXDR-in baş məşqçisini və futbolçularını hökumət üzvləri ilə görüşə çağırıblar. 6 saat davam edən görüşdə komanda üzvləri təhqirlərə məruz qoyulub. Kim Çen Xonun özü isə KXDR-in Əmək Partiyası sıralarından xaric edilib.
Qeyd edək ki, dünya çempionatında Şimali Koreya yığması G qrupunda keçirdiyi bütün oyunlarında məğlub olub. KXDR millisi Braziliyaya 1:2, Portuqaliyaya 0:7, Fildişi Sahilinə isə 0:3 hesabı ilə uduzub.

631