“Neftçi”dən daha bir super transfer
10 iyul 2010 10:00 (UTC +04:00)

“Neftçi”dən daha bir super transfer

Növbəti mövsümdə qızıl dubl etməyi hədəfləyən “Neftçi” klubu daha bir futbolçunun keçidini reallaşdırıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman Makedoniya milli komandasının kapitanı İqor Mitreski ilə 2 illik müqavilə bağlayıb.
Makedoniya futbol tarixinin ən titullu oyunçularından olan 31 yaşlı müdafiəçi Rusiyanın “Spartak”, Ukraynanın “Metallurq” Zaporojye, İsrailin “Beytar”, Almaniyanın “Enerji”, Belçikanın “Jerminal” klublarında çıxış edib. Onun sonuncu iş yeri isə Bolqarıstan MOİK-i olub. Mitreski Makedoniya yığmasının heyətində 62 oyuna 1 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar