Fərid Mansurov baş məşqçiliyi rəsmiləşdi
İkiqat dünya və Olimpiya çempionu Fərid Mansurov yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi təyin olunub. Güləş Federasiyasından Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq 30 iyun tarixində yığma komandanın bazasında tədbir keçirilib.
Tədbirdə yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov və digər federasiya rəsmiləri iştirak ediblər. Elçin Cəfərov komandaya yeni baş məşqçini təqdim edib və Fərid Mansurova yeni vəzifəsində uğurlar arzulayıb. O, Fərid Mansurovun son Avropa çempionatında aldığı zədəyə görə idmançı kimi karyerasının bitdiyini və federasiya rəhbərliyinin güləşçini bu vəzifəyə layiq gördüyünü bildirib.
Elçin Cəfərov böyüklərdən ibarət yığmanın sentyabr ayında dünya çempionatında, gənclərdən ibarət yığma komandanın yaxın günlərdə Avropa çempionatında, yeniyetmələrdən ibarət yığma komandanın isə Tbilisidə beynəlxalq turnirdə iştirak edəcəyini söyləyib.
Daha sonra isə çıxış edən F.Mansurov federasiya rəhbərliyinə göstərilən etimada görə minnətdarlığını bildirib. O, idmançı karyerasının bitməsinə baxmayaraq ürəyinin həmişə idman və idmançılarla olacağını deyib. Sonda yunan-Roma güləşi üzrə yığma komandanın bütün üzvləri xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Lent.az bir neçə gün öncə Fərid Mansurovun yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi təyin olunacağı ilə bağlı eksklüziv xəbər yaymışdı.

807