II Yelizavetanın izləyəcəyi yarış başladı
22 iyun 2010 10:30 (UTC +04:00)

II Yelizavetanın izləyəcəyi yarış başladı

İyunun 21-də Böyük Britaniyanın paytaxtı Londonda tennis üzrə “Böyük dəbilqə” seriyasından “Uimbldon” turniri start götürüb.


Lent.az-ın məlumatına görə, təbii ot örtüklü meydançada təşkil olunan mövsümün yeganə turnirinin ümumi mükafat fondu 13 milyon funt sterlinq (20,3 milyon dollardan çox) təşkil edir.

Yarışı izləyənlər arasında son 33 ildə ilk dəfə Böyük Britaniya kraliçası II Yelizaveta da olacaq. İştirakçılara gəldikdə, qadınların qoşa mübarizəsində uzun fasilədən sonra rusiyalı Anna Kurnikova korta çıxacaq. O, isveçrəli Martina Hingislə duet təşkil edəcək. Əvəzində Yelena Dementyeva və Dinara Safina zədə üzündən oynamayacaqlar.

Artıq kişilərin və qadınların fərdi mübarizəsində I raundun ilk 2 qrupunun oyunları keçirilib. İsveçrəli Roje Federer Alexandro Falla (Kolumbiya) üzərində 5:7, 4:6, 6:4, 7:6 (7:1), 6:0 hesablı qələbə sayəsində II raunda yüksəlib. Onun növbəti rəqibi İliya Bojolyaç (Serbiya) olacaq. Digər yarımqrupda yer alan Novak Cokoviç (Serbiya) Oliver Roxusu (Belçika) 4:6, 6:2, 3:6, 6:4, 6:2 hesablı məğlubiyyətə uğradıb. Endi Roddik (ABŞ) isə həmyerlisi Ram Rajivdən üstün olub – 6:3, 6:2, 6:2. “Roland Garros” turnirinin qalibi Rafael Nadal (İspaniya) Key Nişikorini (Yaponiya) sınağa çəkəcək.

Qadınların mübarizəsində Venus Uilyams (ABŞ) Rossana de Los-Riosu (Paraqvay), Jüstin Enen (Belçika) Anastasiya Sevastovanı (Latviya) 6:4, 6:3, Yelena Yankoviç (Serbiya) Laura Robsonu (Böyük Britaniya) 6:3, 7:6 (7:5) yenib. Rusiyalı Mariya Şarapova həmyerlisi Anastasiya Pivovarovanı, Serena Uilyams (ABŞ) Mişel Larşe de Britonu (Portuqaliya) sınağa çəkəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar