“Roland Garros”: Finalçılar müəyyənləşdi
Fransanın paytaxtı Parisdə keçirilən tennis üzrə “Böyük dəbilqə” seriyasından “Roland Garros” turnirində finalçılar müəyyənləşib.
Lent.az-ın məlumatına görə, yarımfinal mərhələsində kişilərin mübarizəsindən Rafael Nadalla (İspaniya) Robin Soderlinq (İsveç), qadınların yarışından isə Samanta Stosurla (Avstraliya) Françeska Skyavone (İtaliya) qalib ayrılıb.
Rafael Nadal iki saatdan çox davam edən qarşılaşmada Yurgen Meltseri (Avstraliya) üstələyib - 6:2, 6:3, 7:6 (8:6). Robin Soderlinq isə Tomas Berdıxı (Çexiya) yenib – 6:3, 3:6, 5:7, 6:3, 6:3.
Samanta Stosur Yelena Yankoviçi (Serbiya) məğlub edib - 6:1, 6:2. Françeska Skyavone Yelena Dementyeva (Rusiya) ilə qarşılaşmanın ilk setini 7:6 (7:3) hesablı üstünlüklə başa vurub. Bundan sonra Demenyeva zədəsini səbəb göstərərək, ikinci setə çıxmaqdan imtina edib.
Stosurla Skyavone arasında keçiriləcək final matçı iyunun 5-də olacaq. Nadalla Soderlinq isə iyunun 6-da üz-üzə gələcəklər.

Oxşar yazılar

Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33