Azərbaycan milli komandasını çətin sınaq gözləyir
Yığmamız İsveç və Belçika millisi ilə qüvvəsini sınayacaq
Azərbaycanın qadınlardan ibarət futbol üzrə milli komandası dünya çempionatının seçmə mərhələsinə hazırlaşır. Quba Olimpiya Kompleksində təlim-məşq toplantısı keçirən komandanın üzvləri iyun ayının 19-da Belçika, 4 gün sonra isə İsveçrə millisi ilə qarşılaşacaq.
Milli komandanın baş məşqçisi Şamil Heydərov Lent.az-a bildirib ki, hər iki rəqib güclüdür. Şamil Heydərovun sözlərinə görə, Azərbaycanda qadın futbolu yeni inkişaf edir. İsveç və Belçikaya qalib gəlməyin çətin olduğunu bildirən Şamil Heydərov yaxşı oyun nümayiş etdirmək istədiklərini deyib.
Qeyd edək ki, futbol üzrə qadınlardan ibarət yığma komandamız gündə 2 dəfə məşq edir. Məşqlərdə fiziki və texniki-taktiki hazırlıqlara diqqət yetirilir.
Vəli Turan

529