Türkiyədəki azərbaycanlı futbolçularla bağlı qərar verildi
02 iyun 2010 10:00 (UTC +04:00)

Türkiyədəki azərbaycanlı futbolçularla bağlı qərar verildi

Futbol üzrə Türkiyə Superliqasında və Bank Asiya I Liqasında yeni legioner limiti tətbiq olunub.

Lent.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) İcraiyyə Komitəsi Superliqanın hər bir klubuna 10 əcnəbi ilə müqavilə bağlamasına icazə verib.


Bunadək 8 legionerlə müqavilə bağlamaq hüququna malik klublar onların 6-sını meydançaya daxil edə, 2-sini isə ehtiyatda saxlaya bilirdi. Yeni qərara əsasən, 10 legionerdən 8-i oyunun iştirak ərizəsində olacaq. Onların yenə 6-sı start heyətində, 2-si isə ehtiyatda saxlanılacaq. Fərq isə klubların 8 deyil, 10 legionerlə müqavilə bağlamaq hüququnun verilməsindədir. 2010-2011-ci il yay transfer mövsümü iyunun 10-da başlayacaq və sentyabrın 1-də yekunlaşacaq. Qış transfer mövsümü 5 yanvar – 1 fevral 2010-cu il tarixlərini əhatə edəcək.


I Liqada isə klublar 1 yanvar 1987-ci ildə və sonra anadan olan 3 əcnəbi ilə maksimum 31 may 2013-cü ilədək müqavilə imzalaya biləcəklər. Eyni zamanda bu əcnəbilərdən əlavə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan vətəndaşı olan ən çoxu 2 futbolçu ilə müqavilə imzalamalarına qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611

Oxşar yazılar