Mübariz Mənsimov futbol klubuna maddi dəstəyini dayandırdı
20 may 2010 10:00 (UTC +04:00)

Mübariz Mənsimov futbol klubuna maddi dəstəyini dayandırdı

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov “Beşiktaş” futbol klubunun prezidenti Yıldırım Dəmirörəndən küsüb. Lent.az-ın “Ajansspor”a istinadən verdiyi məlumata görə, buna Mənsimovun “Palmali” Şirkətlər Qrupundakı müşaviri Ələddin Aykaça “Beşiktaş”ın idarə heyətində passiv vəzifə verilməsi səbəb olub.


Nəticədə “Xəzər Lənkəran”ın fəxri prezidenti “qartallar”ın prezidentindən küsüb və Türkiyə klubuna dəstəyini dayandırıb. Halbuki Mənsimov “Beşiktaş”a 2 ulduz futbolçu transfer edəcəyinə və 25 milyon dollar pul ayıracağına söz vermişdi.


Qeyd edək ki, Ələddin Aykaç əvvəlcə “Beşiktaş”ın bazalar üzrə məsul idarə heyəti üzvü olub. Lakin sonradan o, futbol komitəsinə 3-cü şəxs kimi götürülüb. Bu qərar Mübariz Mənsimovun sərt təpkisi ilə qarşılanıb. Mənsimovun maddi dəstəyini çəkməsi ilə “Beşiktaş” maddi problemlər yaşamağa başlayıb. Klub rəsmiləri isə Dəmirörənlə azərbaycanlı iş adamını barışdırmağa çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar