Korkmaz: ““Bakı”nın bəzi rəsmiləri uğuru həzm edə bilmədi”
Türkiyəli mütəxəssis Bülənt Korkmaz “Bakı” futbol klubunun baş məşqçi postundan öz istəyilə istefa verdiyini açıqlayıb.
Lent.az-ın məlumatına görə, 42 yaşlı Korkmaz “DHA”ya verdiyi açıqlamada klub rəhbərliyi ilə bəzi məsələlərdə anlaşılmazlıqlarının olduğunu bildirib.
O, istəkləri və düşündükləri yerinə yetirilmədiyi üçün postundan ayrıldığını vurğulayıb. Korkmazın sözlərinə görə, klubun bəzi rəsmiləri “Bakı”nın uğurlarını həzm edə bilməyiblər: “Çempionatda 10-cu pillədən 3-cü pilləyədək yüksəldik. Ölkə kubokunda yarımfinala çıxdıq. “Neftçi”yə uduzduğumuz son oyunadək 14 matçda məğlubiyyət üzü görmədik. Bir sözlə, çempionluq və kubok şansımız davam edirdi. Lakin bəzi klub rəsmiləri bu uğuru həzm etmədilər. Uğurlarımıza çomaq soxmaq istəyənlər oldu. Əvvəllər “Komandanın yeganə hakimi sizsiniz” desələr də, sonradan mənim xəbərim olmadan işlər görməyə başladılar”.
Gənc mütəxəssis bildirib ki, özünün xəbəri olmadan “Bakı” rəsmilərindən biri komanda ilə birgə toplantı keçirib. Korkmaz bunu öyrəndikdən sonra istefa verdiyini açıqlayıb: “Məndən xəbərsiz klubun vitse-prezidenti komanda ilə toplantı keçirib. O, iclasda texniki, taktiki məsələləri müzakirə edərək, oyunçuları tənqid edib. Bunu öyrəndikdən dərhal sonra istefa verdim. Əvvəlcə istefam qəbul edilmədi, lakin israrlı olduğumu gördükdən sonra qəbul etdilər”.
Korkmaz “Bakı” klubunun peşəkarlaşması yönündə çox işlər gördüyünü də bildirib: “İstefa verdikdən sonra komandadakı futbolçulardan biri mənimlə əlaqə saxladı və “Bizə çox yaxşı şeylər öyrətdiniz. Peşəkarlığı öyrətdiniz. Siz getdikdən sonra bizə kim nə öyrədəcək? Mən yenə əvvəlki oyunçu olacağam” dedi”.
Hazırda heç bir klubdan təklif almadığını deyən türkiyəli mütəxəssis “Sivasspor”un sükanı arxasına gətiriləcəyinə dair xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

727