“Bakı”dan “Qarabağ” üçün samba rəqsi
12 mart 2010 10:30 (UTC +04:00)

“Bakı”dan “Qarabağ” üçün samba rəqsi

Futbol üzrə Unibank Premyer Liqasında final mərhələsinə start verilib.


Lent.az-ın məlumatına görə, əvvəlcə ilk “6-lıq”da yer alan “Bakı” və “Qarabağ” komandaları üz-üzə gəlib.


Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0. Hər iki qolu əslən braziliyalı futbolçular vurub. 56-cı dəqiqədə Jaba hesabı açıb. Bundan 20 dəqiqə sonra Azərbaycan yığmasının milliləşdirilmiş yarımmüdafiəçisi Fabio Luis Ramim fərqlənib. Bu qələbə sayəsində “Bakı” xallarını 15-ə çatdırıb, eyni xala malik “Qarabağ” “Xəzər-Lənkəran”la 2 – 4-cü yerləri bölüşdürür.


İkinci “6-lığ”ın qarşılaşmalarına gəldikdə, “Simurq” Zaqatalada “Karvan”ın müqavimətini qıra bilməyib – 0:0. “Olimpik-Şüvəlan” isə “Şəfa” stadionunda “Standard”a uduzub. Hesabı 38-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Mirko Bunyevçeviç açsa da, fasilədən sonra qonaqlar Riçard Riqelmenin 68-ci, Fərid Quliyevin isə 75-ci dəqiqədə vurduqları qollar sayəsində qələbəyə nail olublar.


Saat 18:00-da başlanacaq ilk “6-lığ”ın “Xəzər-Lənkəran” – “Qəbələ” görüşü ilə bu günün sonuncu oyunu olacaq.
# 509

Oxşar yazılar