“Qarabağ”ın qorxunc sülh planı baş tutmadı
Lent.az-ın məlumatına görə, “Qarabağ” Almaniyanın “Borussiya” (Dortmund) komandasına Avroliqanın “pley-off” mərhələsinin cavab görüşündə də uduzub.
Bir həftə öncə öz meydançasında keçirilmiş ilk oyunda 45 dəqiqəyə 4 qol vuraraq, böyük hesabla qalib gələn “Borussiya” Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan təkrar qarşılaşmada 90 dəqiqəyə artırılmış 1-ci dəqiqədə “dilə gəlib”. Lukas Barrios Fərhad Vəliyevin qoruduğu qapının yaxın küncünə dəqiq zərbə endirərək, 1:0 hesablı qələbəni təmin edib.
Həmin vaxtadək “Borussiya” özünə çox əziyyət verməyib, “Qarabağ” isə qapısından qol buraxma təhlükəsini göz önünə alaraq, kəsərli hücumlar qurmağa çəkinib. Baş məşqçi Qurban Qurbanovun start heyətində yer verdiyi 2 hücumçu – Rauf Əliyev və Vüqar Nadirov da heç nə ilə yadda qalmayıb. Olduqca maraqsız alınan qarşılaşmada qonaqlar qol vurmaq istəklərini son anlarda reallığa çeviriblər.
Beləliklə, “Qarabağ” “Borussiya”ya səfərdə 0:4, öz meydançasında isə 0:1 hesabı ilə uduzaraq, ardıcıl ikinci mövsüm Avropa Liqasının “pley-off” mərhələsində mübarizəni dayandırıb.

867