Yığmamız Sinqapur olimpiadasını 5 qızıl, 3 gümüş medalla başa vurdu
Lent.az-ın məlumatına görə, ölkəmizin sonuncu təmsilçisi Radoslav Kutsev kanoe slalom növündə 16 idmançı arasında 6-cı yeri tutub.
17 yaşlı avarçəkənimiz ¼ finalda ukraynalı Anatoli Melnikə uduzub. Melnik 1 dəqiqə 48,36 saniyə nəticə göstərdiyi halda, Kutsevdə bu göstərici 1 dəqiqə 59,31 saniyə olub. Bununla da Radoslav Kutsev kanoe növündə olduğu kimi, kanoe slalomda da yarımfinala çıxa bilməyib. O, ¼ finalda uduzanlar arasında ən yaxşı 2-ci nəticəni göstərib. Ümumi nəticədə isə Kutsev 6-cı olub.
Beləliklə, Sinqapur olimpiadasında ölkəmizi 6 növ üzrə təmsil edən 12 idmançıdan 5-i qızıl, 3-ü gümüş medal əldə edib.

888