İspaniyanın “Real” klubu futbolçusu Əşrəf Hakimi ilə yeni müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında Almaniya “Borussiya”sında (Dortmund) çıxış edən müdafiəçi ilə 3 illik anlaşma əldə olunub.
Mərakeşli arxa xətt oyunçusunun “Real”la əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı. Yeni anlaşmaya əsasən, Hakimi 2024-cü ilədək Madrid klubuna məxsus olacaq. O, 2018-ci yayından Dortmund təmsilçisinə 2 illik icarəyə verilib.
Qeyd edək ki, afrikalı futbolçu cari mövsüm 25 oyunda 3 qol vurub.