“Qarabağ”ın Türkiyəyə səfər proqramı açıqlandı
23 noyabr 2020 11:33 (UTC +04:00)

“Qarabağ”ın Türkiyəyə səfər proqramı açıqlandı

0

Avropa Liqasının qrup mərhələsində “Sivasspor”la qarşılaşacaq “Qarabağ”ın Türkiyəyə səfər proqramı müəyyənləşib.

Klubdan apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi matçın baş tutacağı İstanbula noyabrın 25-də gedəcək.

Qurban Qurbanovun kollektivini qardaş ölkəyə aparacaq təyyarənin saat 12:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından hərəkət etməsi gözlənilir. Azərbaycan çempionunun həmin gün qarşılaşmanın oynanılacağı “Başakşəhər Fatih Terim” stadionunda son məşqi olacaq.

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək “Qarabağ” – “Sivasspor” görüşü Bakı vaxtı ilə 21:55-də start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1604

Oxşar yazılar