“Neftçi”nin prezidenti Kamran Quliyev “Qalatasaray” ilə oyunla bağlı danışıb.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, Kamran Quliyev Avropa Liqasında “Qalatasaray” ilə qarşılaşacaqları oyunla bağlı beIN Sports üçün açıqlama verib.
Bunun tarixi bir oyun olacağını vurğulayan prezident deyib: "Azarkeşləri görməyəcəyik, ona görə üzüldük, amma çox gözəl bir qarşılaşma olacaq. İnanıram ki, bu tarixə düşəcək bir oyun olacaq".
Turu keçmək istədiklərini söyləyən Quliyev əlavə edib: "Hər oyun əvvəli kimi hər iki komandanın şansı 50 faizdir. “Qalatasaray”ı evimizdə qarşılayırıq. “Qalatasaray”ın böyük gücü və tarixi var, amma bizim də 83 illik tariximiz var. Bu oyundakı hədəfimiz böyükdür, turu keçmək istəyirik. İnanmaq istəyirik ki, yaxşı bir futbol izləyəcəyik. Daha güclü olan qalib gəlsin”.
"Qalatasaray" sentyabrın 17-də Azərbaycanda "Neftçi " ilə qarşılaşacaq.