İtaliyanın “Napoli” klubu mövsümlərarası fasilədə heyətinə yeni müdafiəçi qatacaq.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi polşalı Mihal Karbovniklə güclənəcək.
“Legiya”dan transfer olunan futbolçu ilə 5 illik müqavilə imzalanacaq. O, Neapol təmsilçisində ilə 500 min avro, üstəlik bonuslar qazanacaq.
Polşa klubu da 19 yaşlı futbolçusunun satışından qazanc əldə edəcək. “Napoli” müdafiəçi üçün 7 milyon avro ödəyəcək.