Braziliya yığmasının və “Real”ın sabiq futbolçusu Roberto Karlos maraqlı açıqlama verib.
Lent.az-ın AS nəşrinə istinadən məlumatına görə, keçmiş müdafiəçi həmyerlisi Neymar haqda danışıb.
O, hazırda PSJ-nin formasını geyinən Neymarın “Real”a keçməli olduğunu bildirib: “Məndən asılı olsaydı, Neymar çoxdan “Real”a transfer edilmişdi. Ancaq heç də hər dəfə istədiyin olmur. Böyük futbolçular nəhəng klublarda oynamalıdırlar. “Real” bu gün istənilən futbolçunun olmaq istədiyi klubdur. Çempionlar Liqasını qazanmaq istəyirsənsə, “kral klubu”na keçməlisən”.
Qeyd edək ki, R.Karlos 1996-2007-ci illərdə “Real”ın şərəfini qoruyub.