“Milan”ın məşqçisi koronavirusa yoluxdu
13 oktyabr 2020 16:28 (UTC +04:00)

“Milan”ın məşqçisi koronavirusa yoluxdu

İtaliyanın “Milan” klubunda daha bir koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə məşqçi Daniele Boneranın testi pozitiv çıxıb.

“Rossonyerlər” rəsmi saytı vasitəsilə baş məşqçi Stefano Piolinin köməkçisinin virusa yoluxduğunu bəyan edib. Sabiq müdafiəçi hazırda evindədir və səhhəti yaxşıdır. Sonuncu dəfə “Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç koronavirusa yoluxmuşdu.

Qeyd edək ki, “Milan” A seriyasının növbəti turunda oktyabrın 17-də “İnter”lə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084
avatar

Oxşar yazılar