İngiltərə Premyer Liqasının VI turunda “Çelsi”ni qəbul edən “Mançester Yunayted” qolsuz bərabərliklə kifayətlənib.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 1972/73 mövsümündəki antirekordu təkrarlayıb.
Komandanın ardıcıl 3 ev matçında qələbə qazanmaması buna səbəb olub. “Çelsi” ilə görüşə qədər “mankunianlar” doğma arenada “Kristal Pelas” (1:3) və “Tottenhem”ə (1:6) məğlub olub.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 7 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.