İngiltərənin “Mançester Siti” klubu heyətinə yeni yarımmüdafiəçi qatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Bernli”nin 20 yaşlı futbolçusu Duayt Maknili transfer etmək istəyir.
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola gənc yarımmüdafiəçini yeni mövsümdən komandasında görməkdə maraqlıdır. İspaniyalı mütəxəssis Maknili Leroy Saneni əvəzləyəcək oyunçu kimi görür. Sonuncu Almaniya “Bavariya”sına yollansa, məhz Duayt onun yerinə gətiriləcək.
Qeyd edək ki, 2014-cü ilədək “Mançester Yunayted” akademiyasında olan Maknil 6 il öncə “Bernli”yə yollanıb. O, cari mövsümün 31 matçında 2 qol vurub.