“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxdu
04 aprel 2020 16:54 (UTC +04:00)

“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxdu


İspaniyanın “Barselona” klubunun birinci vitse-prezidenti Jordi Kardoner koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, artıq tibbi nəzarətə alınan 57 yaşlı klub rəsmisinin müalicəsi ağırlaşma olmadan keçir.

Kardonerdə aşkarlanan simptomlar həyatı üçün təhlükə kəsb etmir. Vitse-prezident “Barselona”nın koronovirusdan əziyyət çəkən ilk nümayəndəsi deyil.

Ona qədər klubun tibb xidmətinin direktoru Ramon Kanalda da koronavirus aşkarlanıb. Kataloniyalıların həndbol komandasının həkimi Xosep Antoni Qutyerres də eyni problemlə üzləşib.

Qeyd edək ki, hazırda İspaniyada idman yarışları koronavirus pandemiyası üzündən dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1372
avatar

Oxşar yazılar