Dünyanı təşvişə salan koronavirus pandemiyasının vurduğu maddi ziyanı azaltmaq üçün İspaniyanın “Atletiko” klubu hərəkətə keçib.
Lent.az-ın “Marca” nəşrinə istinadən məlumatına görə, “Barselona”dan sonra Madrid təmsilçisi də futbolçularının maaşlarını azaltmağı düşünür. “Atletiko” rəhbərliyi bu yolla maliyyə itkilərini azaltmaq niyyətindədir. İspaniya klubunda futbolçuların illik məvacibi 350 milyon avro təşkil edir. Rəhbərlik futbolçularla danışmaq, məsələni onlara izah etmək və hər bir oyunçu ilə bu yöndə razılığa gəlmək fikrindədir.
Qeyd edək ki, "Barselona"da bəzi futbolçular maaşlarının azaldılmasına qarşı çıxıblar.