Rusiyanın Sankt-Peterburq şəhərində sahibini dişləyən pişik evtanaziya edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Lensovet küçəsində baş verib. Yaşayış binalarının birində qadına pişik hücum edib. Heyvan sahibini ciddi şəkildə yaralayıb.
Bundan sonra ev heyvanı baytarlıq xidmətinə zəng etmək üçün otağa bağlanıb. İşçilər gəlib pişiyi evtanaziya ediblər.
Ev sahibi polis çağırışı ilə bağlı şərh verməkdən imtina edib.