Pişiklər  evə necə yol tapır?
18 fevral 2025 11:33 (UTC +04:00)

Pişiklər evə necə yol tapır?

Bəzi elmi tədqiqatlar pişiklərin Yer kürəsinin geomaqnit sahəsindən istifadə edə bildiyini göstərir.

Lent.az pişiklərlə bağlı bəzi faktları təqdim edir:

Pişiklər həqiqətən evə yol tapa bilirlərmi?

Bu nə qədər inanılmaz səslənsə də, pişiklər həqiqətən instinktiv olaraq yön tapma qabiliyyətinə sahibdirlər. Onlara evlərinin yerini müəyyənləşdirməyə Yer kürəsinin geomaqnit sahəsi və qoxu hissiyatı kömək edə bilər.

Məsələn, 1954-cü ildə aparılan bir təcrübədə pişiklər böyük bir labirintə yerləşdirildi ki, onların ordan çıxıb evə gedə biləcəyi yoxlanılsın. Tədqiqat göstərdi ki, əksər pişiklər öz evlərinə yaxın olan çıxış nöqtələrindən labirintdən çıxmağı bacardılar. Lakin pişiklərə maqnit bağlananda, bu qabiliyyətlərində azalma müşahidə olundu. Bu isə pişiklərin yerin maqnit sahəsini istiqamət tapmaq üçün istifadə etdiyini göstərir. Bununla belə, insanlar kimi, bəzi pişiklər daha güclü yön hissinə malikdir, bəziləri isə bu qabiliyyətdən daha zəif istifadə edə bilir. Əgər pişiyiniz köçmə zamanı və ya köçdükdən qısa müddət sonra itibsə, yeni mühitə tam uyğunlaşmadığı üçün köhnə evinə qayıtmaq ehtimalı böyükdür. Hətta köhnə eviniz uzaq məsafədə olsa da, yeni evin sakinlərinə və qonşularınıza xəbər verərək onların ətrafı diqqətlə yoxlamasını xahiş edə bilərsiniz.

Pişiklər uzun illər sonra evə qayıda bilərmi?

Araşdırmalar göstərir ki, pişiklər bir neçə gün, həftə, ay və hətta illər sonra belə evlərinə qayıda bilirlər. Lost Pet Research layihəsinin məlumatlarına görə, bəzi pişiklər aşağıdakı uzaq məsafələri qət edərək evlərinə qayıda biliblər:

80-130 km – 2,5 il ərzində
60 km – 6 ay ərzində
48 km – 10 gün ərzində
32 km – 21 gün ərzində

Bununla belə, itkin düşən pişiklərin 75%-i evlərinə 500 metrdən daha yaxın məsafədə tapılır. Başqa bir araşdırmaya əsasən, 1210 itkin pişikdən 61%-i bir il ərzində tapılmışdır və 34%-i itkin düşdükdən sonra yeddi gün ərzində evinə qayıtmışdır.

Pişiklər niyə evdən uzaqlaşır?

Pişiklər evdən fərqli səbəblərə görə uzaqlaşsalar da, onlar nadir hallarda qəsdən qaçırlar. Əksər hallarda onlar sadəcə ətrafı kəşf etməyə çalışır, oyun oynayır və ya gözlənilmədən təhlükəyə düşürlər.

Pişiklərin evdən uzaqlaşmasının əsas səbəbləri:

Cütləşmə instinkti – Əgər pişik sterilizasiya olunmayıbsa, partnyor axtarmaq üçün uzaqlaşa bilər.
Ərazini qorumaq – Qonşu pişiklər və ya küçə pişikləri ilə ərazi münaqişəsi yarana bilər.
Ov instinkti – Pişiklər bəzən quş və ya siçan ovlamaq üçün uzaq gedə bilərlər.
Xəstəlik və ya travma – Yaralanan və ya xəstələnən pişiklər təhlükəsiz və sakit sığınacaq axtarmaq üçün gizlənə bilərlər.
Qida axtarışı – Aç qalan pişiklər yemək tapmaq üçün başqa yerlərə gedə bilərlər.
Ailədə və ya evdə dəyişikliklər – Yeni bir insanın (uşaq və ya başqa bir ev heyvanının) gəlişi, evdə təmir və ya mebel dəyişiklikləri pişiyin özünü narahat hiss etməsinə səbəb ola bilər və o, başqa bir yerə getmək istəyər. Əvvəllər elm adamları müəyyən ediblər ki, pişiklər insan nitqini başa düşə bilir və hətta bəzi sözləri şəkillərlə əlaqələndirmə qabiliyyətinə malikdirlər. Onların sözləri və vizual təsvirləri 14 aylıq insan körpəsindən daha tez öyrənməsi də elmi araşdırmalarla sübut olunub.

Ən məşhur hadisələrdən biri: "Sugar" adlı pişikdə olub. Bir ailə köç zamanı pişiklərini yeni evə gətirə bilməmiş və onu köhnə evin qonşularına vermişdi. Lakin Sugar adlı pişik məskunlaşdığı yeri tərk edərək düz 2400 km yol qət edərək ailəsinin yeni yaşadığı evə qayıdıb! Bu hadisə elm adamlarını heyrətləndirmiş və pişiklərin instinktiv yön tapma qabiliyyəti barədə araşdırmaların genişlənməsinə səbəb olmuşdu.

Digər qeydə alınan maraqlı hadisələr:

Hollandiyalı bir pişik 150 km məsafəni bir ayda qət edərək evinə dönüb.
Amerikada bir pişik 320 km yol qət edərək ailəsinə qayıdıb.
Bir pişik 20 km-lik yolu 2 gündə qət edərək evini tapıb.
Bu faktlar göstərir ki, pişiklər öz evlərinin yerini unutmur və yollarını tapmaq üçün inanılmaz bacarıqlara malikdirlər!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar

Pişiklərin qorxduğu 8 şey

Pişiklərin qorxduğu 8 şey

20 fevral 2025 , 12:15
Pişiklər  psixi sağlamlığımızı   necə qoruyur?

Pişiklər psixi sağlamlığımızı necə qoruyur?

18 fevral 2025 , 16:42
Uşaqlı ailələr üçün ən yaxşı pişiklər: 10 cins

Uşaqlı ailələr üçün ən yaxşı pişiklər: 10 cins

10 fevral 2025 , 09:35
Pişiyinizin həyatını məhv edən 5 SƏHV

Pişiyinizin həyatını məhv edən 5 SƏHV

7 fevral 2025 , 10:26
Pişiklərlə ortaq dil tapmağın YOLLARI

Pişiklərlə ortaq dil tapmağın YOLLARI

6 fevral 2025 , 10:52
Pişiklər niyə sahibinin sinəsində yatmağı sevir?

Pişiklər niyə sahibinin sinəsində yatmağı sevir?

3 fevral 2025 , 10:55
Toyuqlara su əvəzinə qar vermək olarmı?

Toyuqlara su əvəzinə qar vermək olarmı?

31 yanvar 2025 , 09:48
İnsan iştahlı pişik - VİDEO

İnsan iştahlı pişik - VİDEO

27 yanvar 2025 , 10:26